Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri təşkil edilib.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar verilib.