ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna dörd yeni Konqres üzvü qoşulub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Konqres üzvləri Pit Qalleqo (Texas), Pit Alsın (Texas), Henri Kuellar (Texas) və Robert Aderholt (Alabama) Azərbaycan üzrə İşçi Qrupuna üzv olublar. Bununla, ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin sayı 56-ya çatıb.
İşçi Qrupuna son 4 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.