AB üçtərəfli deyil, Rusiya ilə danışıqlara hazırdır
11 dekabr 2013 06:45 (UTC +04:00)

AB üçtərəfli deyil, Rusiya ilə danışıqlara hazırdır

Avropa Birliyinin genişlənmə v qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle bildirib ki, AB Ukraynanın assosiasiya haqqında müqaviləsinə dair Rusiya ilə danışıqlar aparmağa hazırdır. Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, o, bu məsələ ilə bağlı üçtərəfli, AB-Ukrayna-Rusiya formatında müzakirə aparmaq istəmədiklərini söyləyib.

 

Strasburqda Avropa parlamentinin sessiyasında çıxışı zamanı komissar bildirib: «Biz Moskva ilə danışıqlardan istifadə edərək, Ukraynanın müqaviləni imzalanmasının Rusiyanın iqtisadi maraqlarına ziyan vurmayacağını bildirmək istəyirik. Bundan başqa müqavilə AB və Ukrayna arasında ikitərəfli məsələlərə aiddir. Avrokomissiyanın prezidenti Barrozanın Vilnüsdə dediyi kimi suverenliyin məhdudiyyətləşməsi Avropa üçün keçmişdə qalıb».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548
avatar

Oxşar yazılar