Azərbaycanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Noyabrın 29-da saat 18 radələrində Biləsuvar şəhəri ərazisində Şirvan şəhər sakini Rəsul Səmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Bağbanlar kənd sakini Xeyriş Aslanovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən X.Aslanov noyabrın 30-da orada ölüb.