Artıq “SMS xəbərdarlıq xidməti”ndən istifadə edərək Worldcard ilə edəcəyiniz əməliyyatlardan xəbərdar olacaqsınız. SMS Xəbərdarlıq xidməti vasitəsilə Worldcardınızla ölkə daxilində, ölkə xaricində və internetdə edəcəyiniz bütün mədaxil-məxaric əməliyyatlarının hər biri barəsində məlumatlandırılacaqsınız. Hesabınızdan ödәniş edildiyi zaman və yaxud pul vәsaiti qoyulduğu zaman mobil telefonunuza əməliyyat ilə bağlı SMS məlumat göndəriləcək. Beləliklə, 7 gün 24 saat məkandan və zamandan asılı olmayaraq Worldcardınızın təhlükəsiz şəkildə istifadə edilməsini təmin etmiş olacaqsınız.
Müştərilərin istəyinə uyğun olaraq 2 cür paket mövcuddur:
Standart Paket
Standart Paket sayəsində Worldcardınızla ölkə daxilində, ölkədən xaricdə və internetdə
edəcəyiniz bütün əməliyyatlar haqqında məlumatlar mobil telefonunuza SMS vasitəsilə
göndəriləcək. Aylıq xidmət haqqı isə 1 AZN təşkil edir və hər ay hesab bildirişinizdə qeyd
olunacaq.
Sadə Paket
Sadə Paket sayəsində Worldcardınızla edəcəyiniz ölkədən xaricdə və internetdə olan bütün əməliyyatlar haqqındakı məlumatlar mobil telefonunuza SMS vasitəsilə göndəriləcək. Beləliklə, müştərilərimiz xaricdə olarkən belə rahat şəkildə heç bir çətinlik
çəkmədən etdikləri əməliyyatlar barəsində məlumatlandırılacaq. Bundan əlavə internet
vasitəsilə xərclənmiş məbləğlərdən anında xəbərdar olaraq təhlükəsizliyinizi təmin etmiş
olursunuz. Aylıq xidmət haqqı isə sadəcə 0.5 AZN təşkil edir və hər ay hesab bildirişinizdə qeyd olunacaq.
SMS xəbərdarlıq xidmətinə qoşulma
24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzinə (şəhər telefonlarından edilən zənglər pulsuzdur) istənilən zaman zəng edərək, Yapı Kredi Bank Azərbaycan filiallarına müraciət edərək və ya İnternet Bankçılıqdan istifadə edərək xidmətə qoşula bilərsiniz. (Filiallar ünvanları)