Müştərilərə daha çevik xidmət göstərmək məqsədi ilə paytaxt Bakıda “Bank of Baku”-nun yeni filialı fəaliyyətə başlayıb.
“Bank of Baku”-nun “Səməd Vurğun” filialı bankın sayca artıq 22-ci filialıdır. Filial “28 may” metrosunun yaxınlığında, Nəsimi rayonu, Puşkin küçəsi, 12/14 ünvanında yerləşir (Səməd Vurğun parkının yaxınlığı). Bank filialı bazar ertəsindən şənbəyə kimi saat 9.00-dan 17.00-a kimi müştərilərə bütün növ bank xidmətləri göstərir.
Yeni filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib ki, filial şəbəkəsinin inkişafı üzrə bankın strateji proqramı uğurla həyata keçirilməkdədir.
“Dəyərli müştərilərimizi daha bir Yeni il hədiyyəsi ilə məmnun etmək üçün səylərimizi əsirgəmədik. Yeni filial füsunkar paytaxtımızın mərkəzi hissəsində, Səməd Vurğun parkının bir addımlığında yerləşir və ən müasir bank avadanlığı və texnologiyalarla təchiz edilib. Filialda bütün bank xidmətləri, o cümlədən, kiçik və orta sahibkarlığın kreditləşməsi kimi xidmətlər göstərilir. Biz yeni filialda müştərilərimizi görməyə şad olarıq və dinamik inkişaf edən şəhər iqtisadiyyatına yeni töhfəmizlə qürur duyuruq”.
“Bank of Baku”-nun filial şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür : http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/
“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.