Lənkəran-Lerik yolundakı son durum açıqlanıb.
Lent.az-ın azeravtoyol.gov.az saytına istinadən məlumatına görə, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb, avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.
Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hazırda yol nəzarət altında saxlanılır.