"Jeep” “Zil”-ə çırpılıb: xəsarət alanlar var
20 mart 2014 02:31 (UTC +04:00)

"Jeep” “Zil”-ə çırpılıb: xəsarət alanlar var

Martın 19-u, axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı prospektində qeydə alınıb.

 

Xaçmaz rayonu, Qaradağlı kənd sakini Hüseynov Namik Məzahir oğlunun idarə etdiyi dövlət nömrə nişanlı  27 BK 011 “Jeep” markalı avtomobil yolun kənarında hərəkətsiz dayanan  dövlət nömrə nişanlı 27 BF 159 “Zil” markalı yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində minik maşının sürücüsü və sərnişini - Xaçmaz rayonu, Çarxı kənd sakini 1986-cı il təvəllüdlü Cəlilov Seyid Abdulla oğlu xəsarət alıblar.İlkin tibbi yardımdan sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırmalar aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028
avatar

Oxşar yazılar