[b]Vaxtından əvvəl doğuş edən gənc qadın öldü[/b]
17 fevral 2017 10:56 (UTC +04:00)

[b]Vaxtından əvvəl doğuş edən gənc qadın öldü[/b]

0

Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb.

 

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar