Tovuz rayon sakini boğazına kəsici alətlə xəsarət yetirib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1978-ci il təvəllüdlü Samir Məmmədov sərxoş vəziyyətdə boğazını kəsici alətlə kəsib. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.