Salyanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan Polis şöbəsi və Baş narkotiklərlə mübarizə idarəsi tərəfindən birgə keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər rayon sakini saxlanılıb.
Çuxanlı kənd sakini 1981-ci il təvəllüdlü Kənan Qədirovun üzərinə baxış keçirilən zaman ondan 6 ədəd kibrit qutusunda və 2 ədəd salafan bükümdə ümumi çəkisi 48,28 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin rayon sakinləri, 1967-ci il təvəllüdlü Elain Səmədovdan 5,382 qram, 1967-ci il təvəllüdlü İqbal Hüseynovdan 8,042 qram tiryək və 1987-ci il təvəllüdlü Nurlan Quliyevdən 9,15 qram qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.