[b]Qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı[/b]
30 oktyabr 2017 11:08 (UTC +04:00)

[b]Qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı[/b]

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb. 


 

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi məlumata görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır. 

 

 

Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167

Oxşar yazılar