Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, “Radikal” partiyasının üzvü İqor Moseyçuk əməliyyat olunub.
APA-nın xəbərinə görə, bu barədə İ.Moseyçukun mətbuat katibi bildirib.
“Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Moseyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Moseyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir”, məlumatda deyilir.
Qeyd edək ki, İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında motosiklet partlayıb. Hadisə nəticəsində deputatın mühafizəçisi ölüb, İ.Mosiyçuk daxil olmaqla 5 nəfər xəsarət alıb. partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.