[b]Hacıqabulda yük maşını piyadanı vurub qaçdı[/b]
09 noyabr 2017 01:35 (UTC +04:00)

[b]Hacıqabulda yük maşını piyadanı vurub qaçdı[/b]

Bakı-Qazax magistralında avtomobil piyadanı vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

 

“MAZ” markalı “35 BL 583” dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Şəmkir rayonu Sabir kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Ruslan Əlirza oğlunu vuraraq hadisə yerindən qaçıb.

 

Piyada sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar