[b]Goranboyda ağır qəza: 4 yaralı[/b]
01 mart 2017 02:28 (UTC +04:00)

[b]Goranboyda ağır qəza: 4 yaralı[/b]

0

Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Dəliməmmədli qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində maşında olan 4 nəfər Quşçular kənd sakinləri, 1985-ci il təvəllüdlü Esmira Tağıyeva, 1989-cu il təvəllüdlü İlahə Mustafayeva, 1996-cı il təvəllüdlü Əfsanə İbrahimova və 1985-ci il təvəllüdlü Xəyal Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdrma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar