Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb.
2002-ci il təvəllüdlü Nuriyev Elvin Aqşın oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
E.Nuriyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.