[b]FHN Sabirabaddakı ağır qəza ilə bağlı məlumat yaydı[/b]
05 aprel 2017 08:50 (UTC +04:00)

[b]FHN Sabirabaddakı ağır qəza ilə bağlı məlumat yaydı[/b]

0

 

Fövqəladə Hallar Nazirliyi Sabirabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar