<b>Bakıda evdən 55 min manatlıq qızıl oğurlanıb</b>
21 fevral 2017 11:47 (UTC +04:00)

Bakıda evdən 55 min manatlıq qızıl oğurlanıb

0

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər RPİ 1-ci PB və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 55.000 manat dəyərində qızıl əşyaların və 1 ədəd planşetin Yevlax rayon sakini Şahin Bəkirov tərəfindən oğurlanması müəyyən edilib.

 

Oğurlanan qızıl əşyalar Ş.Bəkirovun qohumu tərəfindən Xəzər RPİ-yə təhvil verilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar