<b>Bakıda bir-birinə bitişik üç ev yandı</b>
10 noyabr 2017 23:19 (UTC +04:00)

Bakıda bir-birinə bitişik üç ev yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın xəbərinə görə, yanğın Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 20 nömrəli fərdi evdə başlayıb.

 

Daha sonra yanğın bitişik olan daha iki evə keçib. İlkin məlumata görə, yanğın evlərin birindəki elektrik plitədən qaynaqlanıb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

 

Yanğın nəticəsində 1 uşaq tüstüdən zəhərlənib, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar