[b]Bakıda ana və azyaşlı qızı faciəvi şəkildə öldü[/b]
22 dekabr 2016 00:13 (UTC +04:00)

[b]Bakıda ana və azyaşlı qızı faciəvi şəkildə öldü[/b]

0

Bakıda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.

 

Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar