[b]Bakıda ağır qəza: ölən var [/b]
26 aprel 2018 22:39 (UTC +04:00)

[b]Bakıda ağır qəza: ölən var [/b]

0

Bakıda sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın  FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Salyan magistral avtomobil yolunun 14-cü kilometrliyində, Yasamal rayonu ərazisində  ”Hyundai” markalı minik avtomobili dəmir yol ayrıcısına çırpılıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar