<b>Bakı metrosunda qadınların cibinə girən kişi tutuldu</b>
14 dekabr 2016 13:30 (UTC +04:00)

Bakı metrosunda qadınların cibinə girən kişi tutuldu

0

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub. Lent.az daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Nazənin Həsənlinin cibindən telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Abbasov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 9-da "Elmlər Akademiyası" stansiyasında Bakı şəhər sakini Leyla Xəlilovanın da cibindən mobil telefon oğurlaması müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar