<b>Anadolu Agentliyinin əməkdaşı qar uçqununa düşüb</b>
10 may 2019 19:01 (UTC +04:00)

Anadolu Agentliyinin əməkdaşı qar uçqununa düşüb

Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Abdülkadir Nişancı ölkənin Derebaşı Virajları bölgəsində çəkiliş apararkən qar uçqunu altında qalıb.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənməsi işlərini izləyirmiş.
 
Onun həyatını xilas etmək üçün bölgəyə Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin əməkdaşlarından, o cümlədən polis və həkimlərdən ibarət xilasedici qrup cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1553
avatar

Oxşar yazılar