<b>Ağcabədi sakini dostunu öldürdü</b>
21 dekabr 2016 17:46 (UTC +04:00)

Ağcabədi sakini dostunu öldürdü

0

Bu gün Ağcabədi rayonunda qətl törədilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Ramazan oğlu bıçaqlanaraq öldürülüb. Onu qətlə yetirən Şamxal Məmmədov saxlanılıb.

 

Məlumata görə, Şamxal Məmmədov dostu Namiq Kərimovu aralarında yaranan münaqişə zəmində bıçaqlayıb.

 

N. Kərimov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar