Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.