"Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib".
APA TV-nin xəbərinə görə, Xaçmaz rayonuunun Mürşüdoba kənd sakini, 31 yaşlı Mehman İsrafilovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı parkın ərazisində daş heykələ çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Xaçmaz şəhər sakini, 28 yaşlı Rauf Veysov, Xaçmaz rayonu Mürşüdoba kənd sakini, 31 yaşlı Şaməddin Hacıyev və Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 31 yaşlı Rəşad Orucov müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Sürücü Mehman İsrafilov xəstəxanada dünyasını dəyişib. Qəza zamanı xəsarət alan Rauf Veysov və Rəşad Orucov ambulator müalicə üçün evə buraxılıb. Digər sərnişin Şaməddin Hacıyevin müalicəsi isə davam etdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırma aparılır.