“Vurmuşam, yaxşı eləmişəm”-QANLI DAVA
20 dekabr 2013 12:55 (UTC +04:00)

“Vurmuşam, yaxşı eləmişəm”-QANLI DAVA

Dekabrın 19-da Şirvan şəhərinin 1 may küçəsində yerləşən ehtiyyat hissələri mağazasında bıçaqlanma hadisəsi baş verib. Hacıqabul rayonunun Rəncbər kənd sakini 28 yaşlı Şirəliyev Təbriz Aydın oğlu münaqişə zəminində həmkəndlisi və həmyaşıdı olan Xəlilov Gündüz Rəhim  oğlunu bıçaqla vuraraq yaralayıb. Ağır yaralanan Gündüz Xəlilov Şirvan şəhər xəstəxanasına çatdırılıb. Xəstənin üzərində bir-neçə saat ağır cərrahiyyə əməliyyatı aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

 

APA TV-nin xəbərinə görə, hadisəyə iki gənc arasında kök atmış namus məsələsinin yenidən baş qaldırmasının səbəb olduğu bildirilir. Bildirilir ki, Təbriz Şirəliyev bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Ailənin dağılmasına səbəb kimi keçmiş arvadının onu aldatması göstərilir. Təbriz Şirəliyev bu işdə Gündüz Xəlilovu günahkar sayır. Hadisəni törədən Təbriz Şirəliyev polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1306
avatar

Oxşar yazılar