“Sumqayıtda yaşayan ermənilərin kütləvi iğtişaşların olacağından əvvəldən xəbərləri olub”
28 fevral 2014 11:25 (UTC +04:00)

“Sumqayıtda yaşayan ermənilərin kütləvi iğtişaşların olacağından əvvəldən xəbərləri olub”

“İstintaq zamanı Sumqayıtda yaşayan 100-dən çox erməni ailəsinin hadisələrə qədər əmanət kassalarındakı pullarını götürüb şəhərdən köçmələri müəyyən edilib, köçənlərin əksəriyyəti imkanlı ailələr olub”

 

 

“İstintaqla müəyyən edilib ki, 26 il əvvəl Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilib. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olub. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb”.

 

APA-nın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində deyib.

 

R. Usubov qeyd edib ki, həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqda müəyyən edilib.

 

R. Usubov qeyd edib ki, hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni olan qadınlar dindirilib və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etdiklərini bildiriblər. Bundan başqa, hələ SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən, Ermənistan SSR Prokurorluğunun müstəntiqləri Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri dindirmiş və həmin şəxslər də azərbaycanlıların onları xilas etmələri barədə ifadələr vermişdilər. Bu faktdan, yəni guya hadisələr zamanı azərbaycanlılardan ölənlərin olmaması «fakt»ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirirlər: “Ermənilərin iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilib ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 4 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunub və işin icraatına əsassız olaraq xitam verilib. Həmin cinayət işi üzrə tərəfimizdən aparılan əlavə istintaq zamanı sübut olunub ki, Bakı 1 №-li avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət edən insanların üstünə qəsdən sürüb, nəticədə 4 azərbaycanlı həlak olub. İstintaq aparanlar isə rus millətindən olmaqla hadisəni elə qələmə veriblər ki, guya zərərçəkənlərin özləri günahkar olub və guya təsadüfən hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalaraq ölüblər. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman ediblər ki, hadisə hərbçilər tərəfindən törədilib. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10