“Röyal Bank”ın direktoru beynəlxalq axtarışa verilib - YENİLƏNİB
09 dekabr 2013 12:42 (UTC +04:00)

“Röyal Bank”ın direktoru beynəlxalq axtarışa verilib - YENİLƏNİB

Keçən il lisenziyası ləğv edilmiş “Röyal Bank”ın direktoru beynəlxalq axtarışa verilib. Lent.az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı Fuad Cam mənimsəmədə ittiham olunur. Onun haqqında olan məlumat və fotosu da beynəlxalq polias qurumunun saytında yerləşdirilib.

 

APA-nın məlumatına görə, Bir neçə ölkənin vətəndaşlığını daşıyan F. Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib.

 

Fuad Cam “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2692
avatar

Oxşar yazılar