“Prado” ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu
03 yanvar 2017 21:59 (UTC +04:00)

“Prado” ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu

0

Şabranda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində “Prado” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar