Bakının Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, prospekt boyunca hərəkət edən "Mercedes Benz" markalı avtomaşın qarşısındakı "Ford Focus"a çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Mercedes Benz"in sürücüsünün yüksək sürətlə sərt döngəyə girməsi olub. İdarəetməni itirən sürücü maşını öncə səkiyə çırpıb. Təkəri partlayan maşın qarşısında hərəkət edən "Ford Forcus"a dəyib. Qəza nəticəsində hər iki maşın yararsız hala düşüb.
Xətai Rayon Yol Polisi Şöbəsinin yol patrul xidmətinin inspektoru Şahin Heydərovun APA-ya verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırmalara görə, qəzaya səbəb "Mercedes Benz"in sürücüsünün sürət həddini aşması göstərilir.
Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.