“Korrupsiya” qəzetinin əməkdaşı rüşvətə görə həbs edildi
18 yanvar 2014 13:11 (UTC +04:00)

“Korrupsiya” qəzetinin əməkdaşı rüşvətə görə həbs edildi

Azərbaycanda orta məktəb direktorundan pul alan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 17-də özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim etmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək 100 manat alarkən Astara RPŞ əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

# 1558
avatar

Oxşar yazılar