Gəncənin "Kəpəz" futbol komandasının baş məşqçisi Vidadi Rzayev istefa verib. Lent.az-ın məlumatına görə, Rzayev Azərbaycan I divizionu çərçivəsində noyabrın 16-da baş tutan X turun "Lokomotiv"lə oyunundan sonra postundan getdiyini açıqlayıb.
"Kəpəz"in 2:3 hesablı məğlubiyyəti ilə nəticələnən matçın ardından gənc mütəxəssis “futbolinfo.az”a açıqlamasında postundan getdiyini təsdiqləyib: "Bu, mənim "Kəpəz"dəki son oyunum idi. İstefa ərizəmi rəhbərliyə təqdim edib, vəzifəmdən getdiyimi bildirəcəyəm".
Qeyd edək ki, “Kəpəz” geridə qalan 10 oyundan yalnız 2-də qələbə qazanıb, 2 görüşdə də heç-heçəyə nail olub. Qalan 6 qarşılaşma isə komandanın məğlubiyyəti ilə bitib. Hazırda Gəncə təmsilçisi 8 xalla 16 komanda arasında 14-cü pillədə qərarlaşıb.