Məşhur “Time” jurnalı “İlin adamı” mükafatını “Metoo” hərəkatına verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu hərəkatın üzvləri ABŞ-da təcavüzə uğrayan kino və televiziya dünyasındakı məşhur qadınlardır.
Təcavüzə uğradıqlarını söyləməyə ilk cəsarət edənlər aktrisa Eşli Cudi, müğənni Teylor Svift və “Uber”in keçmiş işçilərindən Suzan Fouler olmuşdu.
“Hollivud”un məşhur rejissorlarından Harvey Veynşteynin aralarında Ancelina Coli kimi ulduzun da olduğu 100-ə yaxın aktrisaya təcavüz etdiyini ortaya çıxmışdı. Bundan sonra bir çox aktrisa Veynşteyn tərəfindən təcavüz edildiyini etiraf etmişdi.
“Meetoo” hərəkatı olaraq formalaşmağa başlayan bu etiraflar, “Time” tərəfindən ilin ən yüksək mükafatı ilə qiymətləndirilib.