Hacıqabulda baş verən avtoqəzada 55 yaşlı qadın ağır xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 130-cu kilometrliyində Hacıqabul rayonu ərazisində “Hyundai” markalı 90 CH 025 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan Vladivostok vilayətindən olan Rusiya vətəndaşı, 1962-ci il təvəllüdlü Qasanova İrina Alekseyevna ağır kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.