“XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
Sabah baş tutacaq tədbir Azərbaycanı iki yerə parçalanmasına səbəb olan Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr edilib.
AMEA A. Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniya və başqa ölkələrdən 80-ə yaxın alimin iştirakı gözlənilir.
İki gün davam edəcək konfrans öz işini plenar iclas və dörd bölmə üzrə davam etdirəcək.