Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Lent.az-ın məlumatına görə, əməkdaşlıq memorandumunun əsas məqsədi bütün “ASAN xidmət” mərkəzlərində ekoloji layihələrin inkişafına dəstək, vətəndaşların ekoloji məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA Agentliyi ilə IDEA İB artıq ilk müştərək layihəyə start veriblər. Layihə haqqında ətraflı məlumatla ictimaiyyət yaxın zamanlarda tanış ola biləcək.