Gürcüstan-Azərbaycan ədəbi dəyərlərinə həsr olunan dəyirmi masa keçirilib - FOTO
29 yanvar 2018 17:35 (UTC +04:00)

Gürcüstan-Azərbaycan ədəbi dəyərlərinə həsr olunan dəyirmi masa keçirilib - FOTO

“Azərkitab- Kitab Təbliğatı Mərkəzi”ndə Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr olunan dəyirmi masa keçirildi.

  Mərkəzdən Lent.az-a daxil olan məlumata görə, dəyirmi masada çıxış edənlər Azərycan- Gürcüstan əlaqələrinin bütün sahələrdə  yaxşı səviyyədə olduğunu qeyd etdilər. Vurğulandı ki, Gürcüstanın regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Müzakirədə səsləndi ki, Azərbaycanla Gürcüstan hazırda  müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edir. Əslində, Gürcüstan və Azərbaycan oxşar problemlərlə üzləşib və bu məsələlər uzun müddətdir ki, öz həllini tapa bilmir. Məlum olduğu kimi, hər iki ölkənin ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

    “Azərkitab- Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir  Həsənov bildirdi ki, cəmiyyətdə kitaba marağın yüksəldilməsi üçün ciddi layihələrə imza atırıq. Belə bir önəmli dəyirmi masanın  da “Azərkitab”da keçirilməsi  təsadüfi deyil, kitab mədəniyyəti ocağına  çevrilən Mərkəz geniş çeşidli ədəbiyyatın yayılmasından əlavə, tanınan yazıçılarla, görkəmli elm və mədəniyyət xadimləri ilə  görüşləri,  kitab  təqdimatlarını  yüksək səviyyədə təşkil edir.

    Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası diaspora ilə iş üzrə bölmə müdiri  Qafar  Əliyev Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr olunan dəyirmi masanı yüksək qiymətləndirərək qeyd etdi ki, bu əlaqələrin tarixi köklərə  söykənir. Heç bir qüvvə də  bu əlaqələrin inkişafına mane ola bilməz. Vurğulandı ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizlə Gürcüstan arasında bütün sahələrdə əlaqələrin  qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

           Dəyirmi masada müzakirə olunan  dəyərlərin müasirlərimiz tərəfindən də qorunduğu və bu dəyərlərə hörmətlə yanaşıldığı xüsusi qeyd olundu. Gürcü dilinə tərcümə edilən kitablarımızın, o cümlədən  Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun ”Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının  bu dilə tərcüməsi  iki xalq arasında kitab mədəniyyətinin  bariz nümunəsi kimi dəyərləndirildi.

 

               Siyasi elmlər doktoru, professor Elman Nəsirli  dedi  ki, Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib, Gürcüstanla mədəni əlaqələrimiz də yüksək səviyyədədir. Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları kontekstində qiymət verməsi sevindiricidir. Millət vəkili multikulturalizmin Azərbaycan nümunəsinin üstün və  fərqli cəhətlərindən  də danışdı.

     

      Şirxan Adıgözəlov kitabının qısa zamanda gürcü dilinə tərcüməsinin iki ölkə arasında mədəni əlaqənin çox yaxşı olduğundan irəli gəldiyini  diqqətə çatdırdı. Dedi ki, beynəlxalq aləmdə etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, millətçilik, ksenofobiya genişlənməkdə, etnik, az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşmışdır. Dünya, o cümlədən gürcülər bu modeli öyrənməkdədir.

    Dəyirmi masada çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti Semvoy Kupadze bildirdi ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır. Gürcüstan Elmlər Akademiyasının prezidenti Şirxan Adıgözəlovun tədqiqat əsərini yüksək dəyərləndirdi,  Gürcüstan kitabın araşdırmaçıları üçün bu sahədə qiymətli mənbə olduğunu qeyd etdi.

 

     “Azərkitab- Kitab Təbliğatı Mərkəzi”ndə  keçirilən  Gürcüstan- Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr olunan dəyirmi masada maraqlı təkliflər səsləndi. Dəyirmi masada Millət vəkili Fəttah Heydərov, elmi ictimaiyyətin nümayəndələri, ziyalılar, yazıçılar, tədqiqatçılar  iştirak edirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21