"Opel" yol kənarında dayanan "QAZel"i vurdu - <span style="color:red;">ölən var
10 dekabr 2016 15:13 (UTC +04:00)

"Opel" yol kənarında dayanan "QAZel"i vurdu - ölən var

0

Dekabrın 9-da saat 05 radələrində Lənkəran rayonunun Şirinsu kəndində rayon sakini Anar Rəhmanov idarə etdiyi "Opel" markalı avtomobili yolun kənarında dayanan Astara rayon sakini Emin İbrahimova məxsus "QAZel" markalı avtomobilə vurub.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə A.Rəhmanov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar