Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1938-ci il təvəllüdlü Namazov Hidayət Hədibulla oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 12:45-də başa çatıb.