Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi noyabrın 18-də Ağstafa rayonunda aşkar olunmuş partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumatı açıqlayıb.
ANAMA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ağstafa rayonu Qırlı kəndi – Həsənsu çayının sahilindən 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi, OF-412) aşkar edilərək götürülüb, nəticə etibarilə 30 kv.m. ərazi yoxlanılıb.