Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan Respublikası istiqamətindən Rusiya Federasiyası istiqamətinə gedən Rusiya Federasiyası vətəndaşının üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən - əynindəki gödəkçənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.