Qax rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suskənd kəndində vətəndaşa məxsus ərazisində ümumi sahəsi 154 m2 olan birmərtəbəli 5 otaqlı binanın 2 otağının və hamam otağının yanar konstruksiyaları 42 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.