Qanunsuz yolla gətirilən 5200 ədəd siqaret tutuldu
13 dekabr 2016 17:12 (UTC +04:00)

Qanunsuz yolla gətirilən 5200 ədəd siqaret tutuldu

0

Rusiyadan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb.

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Rusiya Federasiyası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindəki əl yükünə gömrük baxışı keçirilib.Yoxlama zamanı yağ qutularının içərisində gömrük nəzarətindən gizlədilən, üzərində Belarus Respublikasına məxsus aksiz markası olan 5200 ədəd  siqaret aşkar olunaraq götürülüb.          

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar