35 polisə dövlət mükafatı verilib
09 dekabr 2013 16:41 (UTC +04:00)

35 polisə dövlət mükafatı verilib

Dekabrın 9-da Daxili İşlər Nazirliyində prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş mərasim keçirilib. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimi açaraq ölkə başçısının Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini deyib. R.Usubov qeyd edib ki,  10 ildə təxminən 500 əməkdaşın dövlət mükafatlarına layiq görülməsini şəxsi heyətə verilən yüksək dəyərin və göstərilən etimadın əyani təsdiqidir. 1 iyul 2013-cü il tarixli məlum sərəncamlarla da 41 əməkdaşın yüksək dövlət mükafatları  və fəxri adlar ilə təltif olunub.

 

Sonra  Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev təltif olunmuş əməkdaşların siyahısını elan edib, onlardan 35 nəfərinin mərasimə dəvət olunduğunu deyib. Nazir R.Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, tədbir iştirakçılarına vətənə məhəbbətlə, dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə edib.

 

Təltif olunanların adından çıxış edən polis polkovnik-leytenantı Vüqar Ələkbərov yüksək mükafatlara görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib, bu böyük etimadı layiqli xidmət ilə doğruldacaqlarına söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077
avatar

Oxşar yazılar