Gömrükçülər 3169 ədəd pirotexniki vasitə aşkarlayıb
22 dekabr 2016 10:44 (UTC +04:00)

Gömrükçülər 3169 ədəd pirotexniki vasitə aşkarlayıb

0

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Xaçmaz şəhərində reyd keçirilib.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, nəticədə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.  

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar