Daxili İşlər Nazirliyi Zaqatalada baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan Rövşən Mustafayev evində qonağı, qohumu Məhəmməd Abdullayevlə birgə dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.