2836 ədəd pirotexnik məmulat aşkar olundu
26 dekabr 2016 17:22 (UTC +04:00)

2836 ədəd pirotexnik məmulat aşkar olundu

Gömrük orqanları ölkə ərazisinə gömrük nəzarətindən gizli şəkildə pirotexniki məmulatların gətirilməsi hallarına qarşı operativ əməliyyat tədbirlərini davam etdirirlər. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, növbəti belə tədbir Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi və Yevlax Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.

Daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışıyla məşğul olan Azərbaycan Respublikasının vətəndaşından 2836 ədəd müxtəlif formalı pirotexnik məmulatlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar