27 yaşlı qadının boğazını kəsən şəxs tutuldu
09 dekabr 2016 11:44 (UTC +04:00)

27 yaşlı qadının boğazını kəsən şəxs tutuldu

0

Gəncədə törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Gəncə şəhər sakini Səadət Verdiyevanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Famil Məmmədov tutulub.

 

Qeyd edək ki, həmin gün 27 yaşlı Səadət Verdiyevanın boğazı kəsilmiş meyiti yaşadığı evdə tapılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar