25 qoyun oğurlamış şəxslər tutuldu
01 dekabr 2016 11:22 (UTC +04:00)

25 qoyun oğurlamış şəxslər tutuldu

0

Qazax rayonunda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də rayon sakinləri Sevda Kazımovanın və İlqar Qarayevin həyətyanı sahələrindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Ağcabədi rayon sakini Xasay Kərimov və şəhər sakini Vüqar Məmmədov tutulublar.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar